(2)- 10- Şeyxul İsləm İbn Teymiyyə
İbn Teymiyyə buyurur:
قال تعالى: ﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا ﴾
النساء:65
- Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 65)
Kim aralarında baş verən mübahisələrdə Allahın və onun Rəsulunun hökmü ilə höküm verməsə
فقد أقسم الله بنفسه أنه لا يؤمن،
Allah təala öz nəfsinə and içib ki, o iman gətirmiş sayılmır.
وأما من كان ملتزماً لحكم الله ورسولة باطناً وظاهراً، لكن عصى واتبع هواه؛ فهذا بمنزلة أمثاله من العصاة.
وهذه الآية مما يحتج بها الخوارج على تكفير ولاة الأمر الذين لا يحكمون بما أنزل الله،
Kim Allahın və Rəsulunun hökmlərinə batinən və zahirən etiqad edərsə, lakin asi olub nəfsi istəyinə tabe olarsa digər günahkarların misalındadır. Xəvariclər bu ayəni götürüb, Allahın hökmü ilə hökm verməyən əmr sahiblərini təkfir ediblər. 36
Həmçinin İbn Teymiyyə buyurur:
قَالَ ابْنُ عَبَّاسٍ وَأَصْحَابُهُ فِي قَوْله تَعَالَى { وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ } قَالُوا : كَفَرُوا كُفْرًا لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ
وَقَدْ اتَّبَعَهُمْ عَلَى ذَلِكَ أَحْمَد بْنُ حَنْبَلٍ وَغَيْرُهُ مِنْ أَئِمَّةِ السُّنَّةِ .
İbn Abbas və başqaları (Allahın hökmü ilə hökm verməyən kafirdir) ayəsi haqqında- “Onlar insanı dindən çıxarmayan küfr etdilər.”- demişdir. Eləcə də İmam Əhməd və Əhli sünnənin digər imamları da onların bu sözünə müvafiq olmuşdur. 37
11- İbnul Qeyyim
İbnul Qeyyim buyurur:
والصحيح:
أن الحكم بغير ما أنزل الله يتناول الكفرين: الأصغر والأكبر بحسب حال الحاكم،
Səhih olan budur ki: Allahın hökmü ilə hökm verməmək hakimin halından asılı olaraq fərqlənir. Bəzən kiçik küfr, bəzən isə böyük küfr olur.
Əgər Allahın hökmünün vacibliyinə etiqad edərsə, fəqət asilik edib üz döndərsə və bu cür edənin aqibətinin pis olduğunu bilərsə (فهذا كفر أصغر.) bu kiçik küfrdür.
وإن اعتقد أنه غير واجب، وأنه مُخيّر فيه، مع تيقُنه أنه حكم الله، فهذا كفر أكبر.
Fəqət kimsə Allahın hökmünün vacib olmadığına, eləcə də, seçimin özündə olduğuna etiqad edərsə və bu hökmün dəqiq olaraq Allahın olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, insanı İslamdan çıxardır. 38
12- İbn Əbil İzz
İbn Əbil İzz (rahiməhullah) buyurur:
أن الحكم بغير ما أنزل الله قد يكون كفراً ينقل عن الملة، وقد يكون معصية: كبيرة أو صغيرة، ويكون كفراً: أما مجازاً؛ وإما كفراً أصغر،
وذلك بحسب حال الحاكم:
Allahın hökmü ilə hökm verməmək bəzən böyük küfr, bəzən isə asilik olur. Bu da hakimin halından asılıdır. Əgər Allahın hökmünün vacib olmadığına, seçimin özünün olduğuna etiqad edərsə və bunun dəqiq olaraq Allahın hökmü olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, sahibini İslamdan çıxardır.
Fəqət, Allahın hökmünün vacibliyinə etiqad edərsə, lakin asilik edərək üz döndərərsə, və bunu edənin aqibətinin pis olduğunu bilərsə, bu insan asi sayılır. 39
13- AbdulLətif ibn Abdurrahmən Aluş- Şeyx
Şeyx buyurur:
- Quran və Sünnənin əksi ilə- batil qanunlarla hökm verənlər, (öz rəyləri və nəfsi istəkləri ilə qurulmuşdur yunan və tatar əhkamları kimi uydurma hökmlərlə hökm verənlər) bu hökümlərini HALAL SAYARSA kafirdir. 40
14- Şeyx Abdurrahmən ibn Nəsr əs-Səadi
İmam əs-Səadi (rahiməhullah) buyurur:
فالحكم بغير ما أنزل الله من أعمال أهل الكفر، وقد يكون كفرً ينقل عن الملة، وذلك إذا اعتقد حله وجوازه،
وقد يكون كبيرة من كبائر الذنوب،
Allahın hökmü ilə höüm verməmək küfr əhlinin əməlləridir. Bu isə bəzən böyük küfr, yəni insanı İslamdan çıxaran küfr olur, bəzən isə böyük günahların sırasında olur. Əgər halal və ya caiz görərsə bu İslamdan çıxardan küfrdür.41
15- Siddiq Həsən Xan
Siddiq Həsən Xan buyurur:
- Maidə sürəsinin 44-cü ayəsi Allahın hökmü ilə hökm verməyənləri küfrlə çağırır. Bu Allahın hökmü ilə hökm verməyənlərin hər birinə aiddir.
Fəqət bunu ikrah halında edənlər, həmçinin halal görməyənlər üzrlüdür. Çünki bu qeydlər olmasa, yəni “istihləl”- halal sayma qeydi olmasa, o zaman heç kim özünü küfrdən qurtara bilməz. (Yəni, insan halal saymadıqca küfrə düşmür.)42
16- Muhəmməd ibn İbrahim Aluş Şeyx
Kimsə qeyri qanunların caizliyinə və düzgünlüyünə etiqad edib hökm verərsə artıq böyük küfr etmişdir.
فإن فعل ذلك بدون اعتقاد ذلك وجوازه؛ فهو كافر الكفر العملي الذي لا ينقل عن الملّة
Lakin bunu etiqad etmədən edərsə, yəni uydurma qanunların caizliyinə etiqad etmədən hökm verərsə o insan islamdan çıxmır. 43
17- Muhəmməd Əmin əş-Şinqiti
İmam əş-Şinqiti buyurur:
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ ، مُعَارَضَةً لِلرُّسُلِ وَإِبْطَالًا لِأَحْكَامِ اللَّهِ ، فَظُلْمُهُ وَفِسْقُهُ وَكُفْرُهُ كُلُّهَا كُفْرٌ مُخْرِجٌ عَنِ الْمِلَّةِ ،
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ مُعْتَقِدًا أَنَّهُ مُرْتَكِبٌ حَرَامًا فَاعِلٌ قَبِيحًا فَكُفْرُهُ وَظُلْمُهُ وَفِسْقُهُ غَيْرُ مُخْرِجٍ عَنِ الْمِلَّةِ
Allahın hökmü ilə hökm verməyən, Allahın hökmünü batil edərək və onun Rəsulundan üz döndərərək bunu edərsə, onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxardır.
Fəqət, Allahın hökmü ilə hökm verməyən haram iş gördüyünə və etdiyinin çirkin bir əməl olduğuna etiqad edərsə, bu zaman onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxartmır.44
18- AbdulAziz ibn Abdullah İbn Bəzz
İbn Bəzz (rahiməhullah) buyurur:
الحكام بغير ما أنزل الله أقسام , تختلف أحكامهم بحسب اعتقادهم وأعمالهم
فمن حكم بغير ما أنزل الله يرى أن ذلك أحسن من شرع الله فهو كافر عند جميع المسلمين ,
وهكذا من يحكم القوانين الوضعية بدلا من شرع الله ويرى أن ذلك جائز
أما من حكم بغير ما أنزل الله اتباعا للهوى أو لرشوة أو لعداوة بينه وبين المحكوم عليه أو لأسباب أخرى وهو يعلم أنه عاص لله بذلك وأن الواجب عليه تحكيم شرع الله فهذا يعتبر من أهل المعاصي والكبائر
Allahın hökmü ilə hökm verməyənlər müxtəlifdir, yəni onlar etiqadlarına və əməllərinə görə fərqlənirlər.
Kim Allahın hökmü ilə hökm verməzsə və verdiyi qeyri qanunu Allahın şəriətindən daha yaxşı hesab edərsə, o bütün müsəlmanlara görə kafirdir. Həmçinin, Allahın şəriətinin əvəzinə uydurulub təyin olunmuş qanunlarla hökm verənlər bunu caiz sayarsa o zamin kafir olar.
Lakin kim nəfsinə uyaraq, yaxud rüşvətə görə, yaxud məhkumla arasında olan düşmənçiliyinə görə və ya başqa bu cür səbəblərə görə Allahın hökmü ilə hökm verməzsə, həmçinin bununla özünü günahkar sayarsa və deyərsə “Bəli, Allahın hökmü ilə hökm vermək vacibdir” bu, zaman o insan asi sayılır.45
19- Şeyx Muhəmməd Nasiraddin əl-Albani
Şeyx Albani öz kitabında bu barədə etraflı danışır və bu ayədəki küfrün İslamdan çıxarmayan küfr olduğunu bildirir.46
20- Şeyx Muhəmməd İbn Salih əl-Useymin
Şeyx Useyminə bu haqda sual verdikdə, o bu cür cavab verir:
- Əgər bir kişi Allahın hökmü ilə hökm verməli olduğu bildiyi halda, nəfsi istəyinə tabe olaraq Allahın hökmü ilə hökm verməzsə o kəs təkfir olunmur, (لكنه بين فاسق وظالم،) lakin fasiq və zalım olur.
وأما إذا كان يشرع حكماً عاماً تمشي عليه الأمة يرى أن ذلك من المصلحة وقد لبس عليه فيه فلا يكفر أيضاً،
لأن كثيراً من الحكام عندهم جهل بعلم الشريعة ويتصل بمن لا يعرف الحكم الشرعي، وهم يرونه عالماً كبيراً،
Həmçinin bir insan ümumi bir hökmlə hökm verərsə, hansı ki, ümmət o hökm ilə gedəcək, və ona elə gəlsə ki, bunu etmək məsləhəyə daha uyuğundur, bu insan da təkfir olunmur. Çünki əksər hakimlər şərii elmdən cahildirlər və şəriətdən anlayışı olmayan hakimin alim olduğunu düşünür.
فيحصل بذلك مخالفة،
وإذا كان يعلم الشرع ولكنه حكم بهذا أو شرع هذا وجعله دستوراً يمشي الناس عليه؛
Bununla da şəriətə müxalif hökm verilir.
Əgər şəriətdən anlayışı olsa və buna baxmayaraq yenə o hökmlə hökm versə, və ya o hökmü insanların tabe olacağı bir düstur etsə, yəni öz uydurma qanunlarını qoyub ortalığa və bunu bir düstur edib və insanları da o qoyduğu qanuna tabe etdirirsə (أننا لا نستطيع أن نكفر هذا،) biz o insanı təkfir edə bilmirik.
وإنما نكفر من يرى أن الحكم بغير ما أنزل الله أولى أن يكون الناس عليه، أو مثل حكم الله عز وجل فإن هذا كافر لأنه يكذب بقول الله تعالى: ﴿ أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ ﴾
Biz o kəsi təkfir edirik ki, o kəs qoyduğu qeyri hökmləri Allahın hökmündən üstün və ya bərabər sayır. 47
21- AbdulMuhsin əl- Abbəd əl-Bədr
Şeyx Abbada sual olunur :
هل استبدال الشريعة الإسلامية بالقوانين الوضعية كفر في ذاته؟ أم يحتاج إلى الاستحلال ؟
وهل هناك فرق في الحكم مرة بغير ما أنزل الله، وجعل القوانين تشريعاً عاماً مع اعتقاد عدم جواز ذلك؟
Ya Şeyx islam şəriətini dəyişib əvəzində qoyulmuş uydurma qanunlarla hökm vermək özü özlüyündə küfrdür yoxsa burada da istihlələ (yəni, halal görməyə) ehtiyac var? Qeyri hökmlər ilə bir dəfə hökm vermək ilə caizliyinə etiqad etmədən bütövlükdə şəriəti dəyişməkdə fərq varmı?
Şeyx cavabında buyurur:
يبدو أنه لا فرق بين الحكم في مسألة، أو عشرة، أو مئة، أو ألف – أو أقل أو أكثر – لا فرق؛ ما دام الإنسان يعتبر نفسه أنه مخطئ، وأنه فعل أمراً منكراً، فهذا كفر دون كفر.
Xeyr, hökm verməkdə fərq yoxdur, istər qeyri qanunlarla bir dəfə hökm ver, istər on dəfə ver, istər yüz dəfə, istər min dəfə və ya bundan az və ya bundan çox, burada fərq yoxdur. İnsan özünü xətakar sayarsa və onun etdiyi əməlin munkər bir əməl olduğunu bilərsə, bu İslamdan çıxartmayan küfrdür. 48