(1)- Allahın hökmü ilə hökm verməyənlərin hökmü
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi elmsizlər Maidə surəsi, 44-cü ayəni yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
Bu fikrin batil olduğunu əhli-sünnənin böyük alimlərinin sözləri ilə bəyan edək.
Əli ibn Abu Talhə ibn Abbasdan (radıyAllahu anhumə) rəvayət edir ki, İbn Abbas (radıyAllahu anhu) Maidə sürəsinin 44-cü ayəsi haqqında belə dedi:
مَنْ جَحَدَ مَا أَنْزَلَ اللَّهُ فَقَدْ كَفَرَ , وَمَنْ أَقَرَّ بِهِ وَلَمْ يَحْكُمْ فَهُوَ ظَالِمٌ فَاسِقٌ .
- Kim Allahın endirdiyini inkar edərsə artıq küfr etmiş olur. Və kim Allahın endirdiyini iqrar edərsə və lakin onunla hökm verməzsə zalım, yaxud fasiq olar. 1
Tavus İbn Abbasdan rəvayət edir ki, ibn Abbas “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqqında belə dedi:
لَيْسَ بِالْكُفْرِ الَّذِي يَذْهَبُونَ إلَيْهِ
- Bu sizin başa düşdüyünüz böyük küfr deyildir.2
وفي لفظ: " كُفْرٌ لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ "".
- Ayədə qəsd olunan küfr, insanı İslamdan çıxarmayan küfrdür! 3
ولفظ ثالث: " هُوَ بِهِ كَفَرَ وَلَيْسَ كَمَنْ كَفَرَ بِاَللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ ".
- Orada olan küfr Allaha, mələklərinə, kitablarına, Rəsullarına olan küfr kimi deyildir. (Yəni islamdan çıxartmayan küfrdür.)4
Bu İbn Abbasın (radıyAllahu anhu) Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdi. Bəzi cahillər bu əsərlərin zəif olduğunu iddia etdikləri üçün alimlərin bu əsərlər haqqında görüşlərini zikr edək. Alimlər bu əsərlərin səhih və hüccət olduğunu qeyd etmişdir. Məsələn, İmam Həkim 5, İmam Zəhəbi, İmam əl-Mərvazi 6, İmam Əbu əl-Muzaffir əs-Səm’ani 7, İmam Bəğavi 8, Əbu Bəkr ibnul Arabi 9, İmam Qurtubi 10, Siddiq Həsən Xan 11, İmam Şinqiti 12, Əbu Ubeyd əl-Qasimi ibnus-Sələm 13, Əbu Həyyən 14, İbn Bətta 15, İbn AbdulBərr 16, İmam Səadi 17, İbn Teymiyyə 18, İbnul Qeyyim 19, Albani 20, İmam Bəqai 21, İmam Vahidi 22, İmam Xazin 23 və s.
İbn Kəsir buyurur:
صحيح على شرط الشيخين
Bu Buxari və Muslimin şərtinə görə səhihdir.24
Həmçinin öz zamanının fəqihi sayılan İbn Useymin (rahiməhullah) öz kitabında buyurur:
صاروا يقولون: هذا الأثر غير مقبول! ولا يصح عن ابن عباس!
فيقال لهم:
كيف لا يصحّ؛ وقد تلقاه من هو أكبر منكم، وأفضل، وأعلم بالحديث؟!
فيكفينا أن علماء جهابذة؛ كشيخ الإسلام ابن تيمية، وابن القيم – وغيرهما – كلهم تلقوه بالقبول ويتكلمون به، وينقلونه؛ فالأثر صحيح.
- O vaxt ki bu əsər təkfir camaatının xoşuna gəlmədi deyə, onlar dedilər: “Bu əsər məqbul deyildir və İbn Abbasdan sabit olmamışdır.”
Onlara deyilir ki:
- Sizdən böyüklər, sizdən fəzilətlilər və sizdən hədisi elmini daha çox bilənlər bu əsərləri qəbul ediblərsə, bu əsərlər necə səhih olmaya bilər. Siz isə deyirsiniz ki, bu əsərlər məqbul sayılmır.
Bizə kifayətdir ki, İbn Teymiyyə, İbn Qeyyim və başqa ən böyük alimlər bu əsərləri qəbul edib, bu əsərlərdən istifadə edib və bu əsərləri nəql edibdir. Odur ki, bu əsərlər səhihdir. 25
İndi isə, böyük Əhli-Sünnə alimlərinin Allahın hökmü ilə hökm verməyənin hökmü barəsində sözlərini zikr edək:
1-Əhli sünnənin İmamı olan Əhməd ibn Hənbəl
قال إسماعيل بن سعد في "سؤالات ابن هاني" (2/192):
"سألت أحمد: ﴿ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ ﴾، قلت: فما هذا الكفر؟
قال: "كفر لا يخرج من الملة"
İsmayıl Bin Səad buyurur:
- İmam Əhməddən “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqda soruşdum və dedim: “Bu ayədə hansı küfr qəsd edilir?”
İmam Əhməd buyurdu:
- Ayədə keçən küfr islamdan çıxartmayan küfrdür.
Həmçinin İbn Teymiyyə 26 və İbnul Qeyyim 27 öz kitablarında buyururlar ki, İmam Əhməddən bu ayədəki küfr haqqında soruşduq, o dedi:
كفر لا ينقل عن الملة؛
- “Orada olan küfr İslamdan çıxartmayan küfrdür.”
2-Muhəmməd İbn Nəsr əl-Mərvazi
İmam Mərvazi buyurur:
Bu məsələdə bizə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrindən və tabiinlərdən gözəl nümunə vardır. Onlar küfrü: “İslamdan çıxaran küfr” və “İslamdan çıxarmayan küfr” olmaqla iki yerə bölmüşdürlər.
من ذلك قول ابن عباس في قوله:
وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ
Misal olaraq, İbn Abbasın (radıyAllahu anhu) bu ayə haqda dedi söz kimi. İbn Abbas buyurur:
- “Bu ayədə olan küfr İslamdan çıxartmayan küfrdür.” 28
3- İmam İbn Cərir ət-Təbəri
İmam Təbəri Maidə surəsi 44-cü ayəni təfsir edərək buyurur:
وكذلك القول في كلّ من لم يحكم بما أنزل الله جاحداً به، هو بالله كافر؛ كما قال ابن عباس".
- Kim inkar edərək Allahın hökmü ilə hökm verməsə kafirdir, necə ki, bunu İbn Abbas söyləmişdir! 29
4- İbn Bətta
İbn Bətta (rahiməhullah) İslamdan çıxartmayan küfr haqqında danışarkən, bu mövzunun altına Allahın hökmü ilə hökm verməyəni daxil etmişdir. Həmçinin bu barədə səhabələrdən və tabiinlərdən gələn əsərləri zikr etmiş və bildirmişdir ki, kiçik küfr İslamdan çıxartmayan küfrdür.30
5- İbn Abdul Bərr
Alimlər icma etmişdir ki, Allahın hökmü ilə hökm verməyən böyük günah sahibidir. Bu barədə sələfilərdən şiddətli əsərlər rəvayət olunmuşdur. 31
6- İmam Əbu əl-Muzaffir əs-Səm’ani
واعلم أن الخوارج يستدلون بهذه الآية، ويقولون: من لم يحكم بما أنزل الله؛ فهو كافر،
وأهل السنة قالوا: لا يكفر بترك الحكم".
Bil ki, Xəvariclər bu ayəyə əsaslanıb deyirlər ki, Allahın hökmü ilə hökm verməyən kafirdir.
Əhli Sünnə isə deyir ki, hakim Allahın hökmü ilə hökm vermədiyinə görə təkfir olunmur. 32
7- İbnul Cəuzi
İbnul Cəuzi (rahiməhullah )buyurur:
ومن لم يحكم به ميلاً إلى الهوى من غير جحود؛ فهو ظالم فاسق،
وقد روى علي بن أبي طلحة عن ابن عباس؛ أنه قال: من جحد ما أنزل الله؛ فقد كفر، ومن أقرّبه؛ ولم يحكمم به؛ فهو ظالم فاسق
Kim Allahın hökmünü bilərəkdən inkar edib, Onun hökmü ilə hökm verməzsə kafir olar, necə ki, bunu yəhudilər etmişdir. Lakin inkar etmədən, nəfsi havasına meyl edərək Allahın hökmü ilə hökm verməyən insan zalım və fasiq sayılır. Əli İbn Əbu Talhə ibn Abbasdan rəvayət edir ki, İbn Abbas belə demişdir:
- Kim Allahın endirdiyini inkar etsə artıq kafir olur, lakin kim Allahın endirdiyini iqrar etsə və lakin onunla hökm verməsə zalım və fasiq sayılır.33
8- Əbu Bəkr İbnul Arabi
İbnul Arabi (rahiməhullah) buyurur:
وهذا يختلف:
إن حكم بما عنده على أنه من عند الله، فهو تبديل له يوجب الكفر،
وإن حكم به هوى ومعصية فهو ذنب تدركه المغفرة على أصل أهل السنة في الغفران للمذنبين
- Allahın hökmü ilə hökm verməmək müxtəlifdir. Əgər öz qanunu ilə hökm verərsə və “Bu Allahın qanunudur, bu artıq təbdil sayılır!” deyərsə, bu artıq açıq-aydın küfrdür.
Əgər nəfsi istəyinə görə Allahın hökmü ilə hökm verməsə, bu artıq günahdır və bu günahına görə istiğfar diləməlidir. 34
9- İmam Qurtubi
İmam Qurtubi (rahiməhullah) buyurur:
- Əgər bir müsəlman hansısa məsələnin Allahın hökmü olduğunu bilərsə, lakin onunla hökm verməzsə, böyük günah işlətmiş olur. Çünki bunun Allahın hökmü olduğunu bilib, onu təsdiq edir, lakin əməl etmədiyinə görə günahkar sayılır. Fəqət inkar etdiyi halda, küfr etmiş olur.
Sonra isə buyurur:
وهذا مذهب أهل السنة
“Bu Əhli Sünnənin məzhəbidir.”35